özgeylani
22-02-2008, 03:23 AM
ARAŞDIRMA (http://www.yenicag.az/modules/news/story.php?storytopic=3): Azərbaycanda Sələfi Hərəkatı
http://www.yenicag.az/themes/cag/images/spacer.gifhttp://www.yenicag.az/themes/cag/images/headcorn2.gifhttp://www.yenicag.az/themes/cag/images/spacer.gifhttp://www.yenicag.az/themes/cag/images/headcorn3.gif[ Sayta qoyulub: 12:09 07.10.2007 ] Oxunub: 1074
İddia olunduğunun əksinə olaraq, ölkəmizdə başqa adı «əxilik» olan bu cərəyanın kökləri bir neçə il öncəyə deyil, XII-XIII əsrlərə gedib çıxır
http://www.yenicag.az/images/library/namazzzzzzz_selefiyeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee eeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee.jpg Sələfiliyin Azərbaycanda tarixi köklərinə dair tarixi mənbələri üzə çıxardıq
Azərbaycan müstəqillik qazanandan sonra insanların sərbəst şəkildə dini məlumatları əldə etmələri asanlaşdı. Təbii ki, Azərbaycanda dini azadlıqlara qoyulan əsarətdən sonra sürətli şəkildə dini cərəyanların Azərbaycana gəlməsi bu vaxta qədərki ənənəvi din-məzhəb-sekta-təriqət kimi müxtəlif qavramlar da dilimizin aktiv sözləri sırasına əlavə olundular. Və təbii ki, bu aktivlik dini həyatımızda da özünü göstərməyə başladı. Yeni ibadətgahların tikilməsi ilə yanaşı dini cərəyanlar və onlara münasibət də formalaşmağa başladı.
Xurafatçılığın tənəzzülü
Təbii ki, yeni dövr ənənəvi, daha doğrusu Sovet dövrünün ateizm siyasəti nəticəsində dindən sürətlə uzaqlaşaraq, xurafatı təbliğ edənlərin maraqlarına uyğun deyildi. Ancaq yeni gələn cərəyanlarla mübarizə aparmaq üçün yetərli potensialları olmadığından, qısa zamanda tənəzzülə uğramağa başladılar. Bunun qarşısını almaq üçün isə kənar yardım gərəkirdi. Məhz Qum, Məşhəd kimi şəhərlərdəki kazarma-mədrəsələr Azərbaycanda xurafatın qalması prossesinə cəlb olundular.
Ancaq müstəqillik qazanılandan sonra yayılmağa başlayan digər cərəyanlar da geri çəkilənə oxşamırdılar. Üstəlik, həmin cərəyanlar hər keçən gün Sovet dövrünün ateizm siyasəti nəticəsində çiçəklənən xurafatın çəmbərini bir qədər də daraldırdılar. Doğrudur, Azərbaycana hər gələn dini cərəyanın da uğur qazandığını söyləmək yanlışlıq olardı.
Uğur qazanmanın başlıca şərtinin ölkədə yaşayan insanların düşüncə tərzi ilə üst-üstə düşmək, xalqın milli mentaliteti ilə zidd olmamaq olduğunu nəzərə alsaq, çox az dini cərəyanın öz təbliğlərində uğur qazandıqlarını söyləyə bilərik. Həmin cərəyanlar arasında inkişaf şkalasına və özünə məxsus davranışlarına görə seçilənlərdən biri, bəlkə də birincisi özlərini «sələfi» adlandıran, bir-birlərinə «əxi» (qardaş) deyə müraicət edənlərdir.
Sələfilərlə xəvariclərin fərqi
Azərbaycanda təbliğə başladıqları gündən bəri istər Azərbaycanın «ənənəvi» dini cərəyanların, istərsə də, Türkiyədən gələn nyu-sufilərin hədəfinə çevrilən, barələrində minlərlə ağır ittiham səsləndirilən, eyni zamanda İran və Türkiyədən gələn cərəyanlardan fərqli olaraq, istər yazılı, istərsə də elektron heç bir KİV vasitəsindən istifadə etməyən sələfilər bu qədər təzyiq altında çoxalmağa davam etdilər. Və bu gün özünü sələfi adlandıranları qrup və ya azlıq adlandırmaq doğru olmazdı. Aktiv dindar bazasına sahib sələfiləri digərlərindən fərqləndirən ən önəmli səbəblərdən biri də ölkənin ictimai-siyasi prosseslərində iştirak etmədən, varlıqlarını qorumaları və günü-gündən artmalarıdır. Doğrudur, bəzi radikal dini fikirləri olan, təkfirçi, Azərbaycanı «darul-küfr» (küfr diyarı) sayan xəvariclərlə (güc yolu ilə dövləti ələ keçirmək istəyənlər, günahsız insanlara «kafir» damğasını vuranlar, yer üzərində mövcud dünyəvi hakimiyyətləri qəbul etməyənlər) sələfilər məqsədli şəkildə eyniləşdirilir. Ancaq apardığımız araşdırmalar və ən azından sələfilərin 15 illik fəaliyyəti deməyə əsas verir ki, xəvariclərlə sələfilər arasında ideoloji uçurum var. Bu gün Azərbaycan mətbuatının «hacı» imzası ilə «vəhhabi» təhlükəsindən yazaraq, xəvariclərlə sələfiləri eyniləşdirən dilletant qələmlər bir faktı gizlədirlər: Mövcud dünyəvi hakimiyyəti qəbul etməyən, silahlı terror qruplaşmaları ilə əlaqələrinin mövcudluğu şübhə doğurmayan xəvariclər sələfilərin özlərini kafir adlandırır, qanlarını halal, qətllərini vacib sayırlar. Kafir saydıqları hər kəsin malını özlərinə halal bilən xəvariclərin Azərbaycanda ən böyük rəqibi də nə mərkəzi Qum olan cəfərilər, nə mərkəzi Konya olan sufilərdir, onların düşmən kimi qəbul etdikləri ən ciddi rəqibləri məhz mərkəzi Bakının mərkəzində yerləşən «Əbubəkr» məscidi olan sələfilərdir. Ancaq nədənsə, bu məsələ heç bir yerdə yazılmır, onlar arasında fərq söylənilmir. Bu isə «hacı» imzasının arxasında gizlənərək, sələfiləri «vəhhabi» kimi təqdim edənlərin hansı niyyətinin olduğunun, bu işə hansısa ayətullahların «xeyir-dua» verməsinin və tarixi və dini biliklərinin azlığının bariz nümunəsidir.
Rəqiblərinin 18-ci əsrdə yaşamış Məhəmməd ibn Abdulvahhabın adına nisbətlə «vəhhabi» adlandırdığı, ancaq bu adı qətiyyətlə rədd edərək, özlərini sələf adlandıran bu camaatın sayının günü-gündən artması ilə bağlı müxtəlif iddialar səslənsə də, bu qədər insanın bu yolu seçməsinin yalnız maddiyyatla bağlı olduğuna heç həmin iddianı ortaya atanlar da inanmır. Çünki ənənəvi «pul gücünə adam yığmaq» iddiası hər keçən gün iflasa uğramaqla yanaşı, sələfilərin daha çox yığışdıqları məscidə (xalq arasında «Əbubəkr» məscidi kimi tanınır-red.) gələnlərin sosial vəziyyəti ilə bağlı qısa araşdırmalar da, bu iddianın qeyri-ciddiliyini ortaya qoyur. Oraya gedən insanları avam camaat adlandıranlar, bir neçə cümə günü yollarını oradan salsalar, «Əbubəkr» məscidinin camaatının intellekt səviyyəsi ilə bağlı fikirlərində korrekt dəyişiklik etmək məcburiyyətində qalacaqlar. Bəs o zaman nədən 18-ci əsrdə yaşamış hansısa ərəb aliminin başladığı bir hərəkat Azərbaycanda bu qədər geniş tərəfdara sahib oldu? Nə üçün illərlə şəbihləri dini mərasim olaraq öyrənən, dindən xəbərsiz azərbaycanlılar arasında bu cərəyan sürətli şəkildə yayıldı? Bu gün İranın, Türkiyənin və Rusiyanın təsirində olmayan və yalnız və yalnız Azərbaycana xidmət edənlər bunu araşdırsalar, yaxşı olmazdımı? Nədən Azərbaycana daha yaxın olan ölkələrdəki cərəyanlar Ərəbistan Yarımadasından gəldiyi söylənilən və Məhəmməd ibn Abdulvahhab adlı bir ərəb aliminin fikirləri qədər təsirli olmadı? Azərbaycanın son on beş ilə qədər əhalisinin böyük bir qisminin şiə (cəfəri) məzhəbinə tabe, xalqın 95 faizinin türklərdən ibarət olduğunu nəzərə alsaq, bu suala cavab verməyimiz gərəkmirmi: Nə üçün Türkiyə və İrandan gələn cərəyanlar deyil də, məhz sələfilik son 15 ilin ən sürətlə yayılan cərəyanı oldu?
Pul gücü ilə yayılan missioner təbliğatının aqibəti gözümüzün önündə olduğundan, yenə eyni iddianı irəli sürmək savadsızlıq olardı? Yuxarıda bəhs etdiyimiz kimi, əgər sələfilik Azərbaycanın milli mentalitetinə, düşüncə tərzinə yad olsaydı, çətin ki, qısa zamanda bu qədər tərəfdar toplaya bilərdi?
Azərbaycanda sələfiliyin kökləri Məhəmməd ibn Abdulvahabdan neçə əsr əvvələ gedib çıxır
Apardığımız tarixi araşdırmalar zamanı məlum oldu ki, sələfiliyin Azərbaycanda sürətlə yayılmasının tarixi səbəbləri var və sələfilik heç də iddia olunduğu kimi 18-ci əsrdə yaşamış ərəb aliminin fikirləri deyil. Üstəlik, iddia edə bilərik ki, Azərbaycanda sələfiliyin önündə gedənlər nəinki Səudiyyə Ərəbistanında yaşamış Məhəmməd ibn Əbdülvahhabdan təsirləniblər, əksinə həmin şəxs və onun sələfləri Azərbaycandakı sələfi hərəkatından təsirləniblər. Və rəqiblərinin «vəhhabi» adlandırdığı sələfilik heç də Ərəbistandan Azərbaycana gəlməyib, tam əksinə olaraq, azərbaycanlı alimlər tərəfindən Orta Şərqə yayılıb! Özü də Məhəmməd ibn Əbdülvahhabdan tam 5 əsr öncə! Bunu biz deyil, tarixi mənbələr sübut edir. Və məhz Azərbaycanda öyrənilməmiş həmin mənbələri araşdırandan sonra sələfiliyin ölkəmizdə niyə bu qədər sürətlə yayılmasının əsl səbəbini öyrənə bildik. Çünki sələfilik Azərbaycanda geniş yayıldığı dövrdə nə sufilik, nə də digər cərəyanlar Qafqazda geniş yayılmışdılar. «Əxilər» adlanan hərəkatın gizli tərəflərini, dini görüşlərini üzə çıxaranda, xalqın nədən bu cərəyana üstünlük verdiyi üzə çıxdı.
Və aylardan bəri apardığımız araşdırmalar sübut etdi ki, məfhum olaraq yenilik olsa da “sələfilik” faktoru Azərbaycan üçün yenilik deyil. Sələfiliyin nə olduğu haqda oxucu kütləsinin məlumatsızlığının əsas səbəblərindən biri də ölkə mediasının sələfilik haqqında səhv təsəvvürün formalaşmasındakı rolu olmuşdur. Bu səhv bəzən məlumatsızlıq ucbatından baş verirsə də bunun səbəbi əsasən kor təəssübün doğurduğu qərəzli mövqedir. “Vəhhabilik” deyə fəryad qoparanların bir çoxu bunun ölkəmiz üçün qeyri-ənənəvi bir anlayış olduğu iddiasındadırlar. Lakin tarixi faktlar bunu göstərir ki, əslində kor təəssüb sahiblərinin təəssübünü çəkdikləri ideyaların özü ölkəmiz üçün yad, qeyri-ənənəvi, hətta zorla xalqımızın idrakına yeridilmişdir. Sələfiliyi “vəhhabilik” adlandıraraq bunun qeyri-ənənəvi cərəyan olduğu iddiasında olanlar bu iddialarını əsasən 1703-1791-ci illərdə ərəb yarımadasında yaşamış Məhəmməd ibn Əbdulvəhhabın başçılıq etdiyi hərəkat ilə dəstəkləyirlər. Məhəmməd ibn Əbdulvəhhabın başçılıq etdiyi bu hərəkatın sələfiliyin ərəb yarımadasında yayılması məqsədini güddüyü doğrudur. Fəqət sələfiliyin məhz bu tarixdən etibarən meydana çıxdığı iddiası tamamilə səhvdir.
Burada mövzudan kənara çıxaraq qısaca bir məsələyə də toxunmaq yerinə düşəcəkdir. Bu günlərdə ən çox gündəmə gətirilən məsələlərdən biri, guya Hampher adlı bir ingilis cəsusunun Məhəmməd ibn Əbdulvəhhabı bu iş üçün təşviq etməsi məsələsidir. Bununla bağlı, hətta bir kitab da yazıblar və bunu müxtəlif dillərə, o cümlədən ana dilimizə də tərcümə ediblər. Bizim hansısa ərəb alimini müdafiə etmək fikrimiz olmasa da, həqiqət ondan ibarətdir ki, tarixdə Hampher adlı bir ingilis cəsusu olmayıb və heç vaxt orta şərqdə fəaliyyət də göstərməyib. 1888-1935-ci illərdə yaşamış Tomas Edvard Lavrens adlı bir ingilis cəsusu həqiqətən orta şərqdə Osmanlı dövlətinin əleyhinə fəaliyyət göstərib və 1926-cı ildə “Müdrikliyin Yeddi Sütunu” adlı xatirələrini Londonda nəşr etdirib. Fəqət onun bu xatirlərində Məhəmməd ibn Əbdulvəhhab haqqında bir kəlimə belə yoxdur. Ağıl sahibi hər bir kəs dərk edə bilər ki, 1888-ci ildə anadan olan Tomas E. Lavrens 1791-ci ildə ölmüş Məhəmməd ibn Əbdulvəhhabla görüşə bilməzdi. Bu praktiki cəhətdən mümkün deyil. Mövzumuza qayıdaq.
Ən böyük azərbaycanlı sələfi alim: Şeyx Nəsrəddin Mahmud Xoyi
Sələfiyin tarixini araşdırarkən, XIII əsdə yaşamış və bu vaxta qədər oxucunun həqiqi kimliyi haqqında heç bir məlumatı olmayan böyük azərbaycanlı alim, mütəfəkkir və yaşadığı dövrdə sələfiliyin məşhur təmsilçisi olmuş Şeyx Nəsrəddin Mahmud Xoyinin həyatı və fəaliyyətlərini öyrənmək yerinə düşərdi. Əslən Cənubi Azərbaycandan olan Türkiyə Cumhuriyyəti Səlcuq Universiteti Tarix fakültəsinin sabiq dekanı professor, tarix elmləri doktoru Mikail Bayramın uzun illər boyu davam etmiş tədqiqatları nəticəsində Şeyx Nəsrəddin Mahmud Xoyinin həyatı və fəaliyyətləri haqqında məlumatları geniş oxucu kütləsinə çatdırılmışdır. Şeyx Mahmud Xoyi özündən əvvəl Azərbaycanda yaşamış məşhur sələfi Əbu Bəkr Hüseyn ibn Əli ibn Yezdanyar Urməvinin (ölümü 944) ideyalarına əsaslanaraq “Əxilik” adı ilə məşhurlaşmış hərəkatın əsasını qoymuş və bu hərəkat Azərbaycanın və Türkiyənin tarixində dərin izlər buraxmışdır. Cənubi Azərbaycanın Urmiya şəhərində anadan olmuş və İbn Yezdanyar adı ilə tanınmış bu azərbaycanlı mütəfəkkirin həyatı və fəaliyyətləri ilə bağlı orta əsr müəllifləri Əbdurrəhman Cami “Nəfaxat-ul-Üns”, Əlişir Nəvayi isə “Nəsayim-ul-Məhəbbə min Şəmayim-ul-Futuvvə” adlı əsərlərində geniş məlumat vermişdirlər. X əsrdə yaşamış İbn Yezdanyar öz dövründə yayılmış batil inam və xürafələrə, o cümlədən bunların əsas yayıcısı olan sufi cərəyanlarına qarşı ciddi mübarizə aparmışdır. Məlum olduğu kimi XIII əsdə yaşamış İbn Teymiyyə sufilik və digər bidətçi cərəyanlara qarşı öz əsərləri ilə ciddi mübarizə apardığı üçün istər öz dövründə, istərsə də bu gün tənqidlərə məruz qalmışdır.
İbn Teymiyyədən üç əsr öncə eyni fikirləri söyləyən azərbaycanlı sələfi alim: Əbu Bəkr Hüseyn ibn Əli ibn Yezdanyar Urməvi